Nərimanov rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az “Bakı Vaxtı”na istinadən xəbər verir.
Hadisə Albert Aqarunov küçəsində baş verib. İlkin məlumata görə, motosiklet hərəkətdə olan zaman “Ford” markalı avtomobili ötmək istəyərkən bordürə çarpılıb. Nəticədə ikitəkərlinin sürücüsünün ayağı sınıb.
Faktla bağlı araşdırma aparılır.