Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçunun konserti baş tutacaq. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az mərkəzə istinadən xəbər verir.
YUNESKO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində paytaxtda çıxış edəcək. Konsert ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Tədbir 22 sentyabr saat 19:30-da baş tutacaq. Giriş dəvətnamə ilə mümkün olacaq.