Pirallahı rayonunda elektrik yarımstansiyası yanıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Alışma ümumi sahəsi 180 kv.m olan yarımstansiyada qeydə alınıb. Nəticədə içəridə olan 22 ədəd elektrik paylayıcı qurğu və kabel kül olub. Yarımstansiyanın digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.