Bakının XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində 20 sentyabr tarixində “Özünü kəşf et” ustad dərslərinin yeni proqramı təşkil olunacaq. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Yeni dərs “Melanxoliya” mövzusuna aiddir. İştirakçılar ustad dərsinin tütoru rəssam Erkin Ələkbərli ilə birlikdə qadın obrazı əsasında melanxoliya vəziyyətini kətan üzərində faktura pastası və akril boyalarla əks etdirəcəklər.

Master-klasa 16 yaşdan yuxarı olan şəxslər qoşula bilərlər. Görüş saat 19:00-da başlayacaq.

Qeydiyyat üçün əlaqə nömrəsi: 050 251 41 15 (qeydiyyat vaxtı: çərşənbə axşamı-bazar 12:00-18:00).