“Sabah” klubunun yeni oyunçusu Ayaz Quliyev Azərbaycan vətəndaşlığı alıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Ayaz Quliyevin baş məşqçi Canni de Byazinin davəti ilə Azərbaycan millisində çıxış edəcəyi gözlənilir.

Quliyev transferdən əvvəl Rusiyanın “Ximki” klubunun formasını geyinib. 27 yaşlı yarımmüdafiəçi qonşu ölkənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.