Bakının Suraxanı rayonunda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı ağır yaralanıb. Bu barədə bu gün, 15 sentyabr tarixində BakuPlus.az Report-a istinadən xəbər verir.

Hövsan qəsəbəsində 24 yaşlı Azər Əliyev idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Xəstəxanaya çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .