Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların durumu məlum olub. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Bakı sakini Əfsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına təxliyə olunub.

Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə isə ambulator müalicə təyin olunub və evə buraxılıb.

Digər yaralı Əlisafa Heybətovun müayinə və müalicəsi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

11:34 – Xaçmazda körpü uçaraq Qudyalçaya düşüb: yaralananlardan biri Bakı sakinidir

Bu gün güclü sel suları nəticəsində Qudyalçay çayının Xaçmaz şəhərindən keçən hissəsində avtomobil körpüsü dağılaraq uçub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

1974-cü ildə inşa edilmiş avtomobil körpüsünün çökməsi nəticəsində yaşayış məntəqələri arasında əlaqə kəsilib.

İlkin məlumata görə, çökmə zamanı körpüdə olan avtomobildə 3 nəfər xəsarət alıb. Bunlar Xaçmaz rayon sakini, 57 yaşlı Əlisafa Heybətov, Bakı şəhər sakini, 39 yaşlı Efsu Qarayev və Xaçmaz rayon sakini, 24 yaşlı Elvin Səfərəliyevdir. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.