Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elşad Həsənov şəhid ailələrindən olan məktəbli və tələbələrlə görüşüb. Bu haqda 15 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Vətəndaşların qəbulu İcra Hakimiyyətinin inzibatı binasında baş tutub. Görüşdə icra başçısı Bilik Günü münasibətilə şagird və valideynləri təbrik edib, daha sonra məktəblilər çıxış edərək öz təhsil və dərsləri ilə bağlı fikirlərini səsləndiriblər.

Sonda məktəblilərə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkilib.

Tədbirdə bu kimi görüşlərin bundan sonra da davam edəcəyi qeyd edilib.

Yasamal rayon icra başçısı şəhid ailələri ilə görüş keçirib
Foto Yasamal rayon İcra Hakimiyyətinin rəsmi saytı