Nəsimi rayonunda əmək yarmarkası keçiriləcək. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir.
Kövkəb Səfərəliyeva, 15 ünvanı, “Holiday Inn Baku Hotel”də baş tutacaq tədbirdə 30 müəssisə tərəfindən 700 vakansiya təqdim olunacaq. Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə bildiriləcək.
Tədbir 21 sentyabr saat 10:00-12:30 arası baş tutacaq. İştirak sərbəstdir.