Bakıda sentyabrın 23-də yazıçı Aysel Şıxlının “Qanadsız mələk” kitabının müzakirəsi və imza günü keçiriləcək. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Görüş saat 17:00-da “Libraff” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında təşkil olunacaq.
Müzakirədə iştirak sərbəstdir. Ünvan: Hüseyn Cavid pr., 100 (“Elmlər Akademiyası” m/s-nın əsas girişi ilə üzbəüz).