Bakının Nizami rayonundakı qəbiristanlıqda silah-sursatı gizlətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Verilən məlumata əsasən, rayon ərazisindəki qəbiristanlıqda gizlədilən 1 ədəd “RPQ-78” minaatanı, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində F.Ağaməmmədov saxlanılıb. Baxış zamanı onun üzərində narkotik vasitə də tapılıb.