Muzey Mərkəzində rəssam Cəmilə Hacıyevanın “Septem” adlı fərdi sərgisi təqdim olunur. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Sərgi sentyabrın 17-dək saat 10:00-18:00-da aralığında keçiriləcək. Tədbirdə 40 rəsm, o cümlədən Şuşaya həsr olunan “İndi biz azadıq” işi təqdim olunacaq.
Klassik realizm və impressionizmdən ilhamlanan rəssam mənzərələr və natürmortlar yaradır.
Cəmilə Hacıyeva Azərbaycan Dövlət İqtisad Universitetini bitirərək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında və Florensiya Klassik İncəsənət Akademiyasında təhsilinə davam edib.
Sərgiyə giriş sərbəstdir.