Paytaxtın Xəzər və Səbail rayonlarında abadlıq-quruculuq işləri davam etdirilib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətlərinə (RİH) istinadən məlumat verir.
Xəzərdə iməcilik zamanı rayon ərazisində alaq otlarının vurulması, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının təmizlənməsi, eləcə də digər təmizlik işləri görülüb.
Görülən işlər çərçivəsində mərkəzi küçələrdə yol boyunca vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları və hasarları, həmçinin sahibkarlıq subyektləri də cəlb olunmaqla qeyri-yaşayış obyektlərinin fasad hissələri rənglənib. Rayonda ağaclar v kollar budanaraq suvanıb.
Piyadaların və nəqliyyatın hərəkətinə mane olan, standartdankənar reklam lövhələri səkilərdən və yol kənarlarından götürülüb.
Səbail rayonu ərazisində ümumi təmizlik işləri aparılıb, həmçinin yeraltı piyada keçidləri, səkilər, bordürlər, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, binaların fasadları, məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulub, ağaclar budanaraq onlara xüsusi qulluq göstərilib.
