Binəqədi rayonunda avtomobil hissələri oğurlanıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zamin Quliyev rayon ərazisində yerləşən avtotəmir sexindən 300 AZN dəyərində ehtiyat hissələri oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.