Bu gün, 16 sentyabr tarixində “Bakı payızı-2023. 35 il sonra” müsabiqəsinə start veriləcək. Bu haqda Bakuplus.az məlumat verir.
Müsabiqə 5 istiqaməti əhatə edir – vokal, xoreoqrafiya, orijinal janr, musiqi qrupları və bəstəkarlıq. Yarışmanın jüri heyətinə Xalq artistləri Mübariz Tağıyev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ənvər Sadıqov, populyar müğənni İlqar Xəyal, bəstəkar-pianoçu Emil Əfrasiyab və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva daxil olublar.
“Bakı payızı-2023. 35 il sonra” sentyabrın 16-dan başlayaraq həftədə 2 dəfə – hər şənbə və bazar günləri AzTV kanalında saat 15:00-da yayımlanacaq, “Mədəniyyət” kanalında isə həmin günlər saat 23:00-da təkrarlanacaq.
Qala-konsert noyabrın 3-də Heydər Əliyev sarayında baş tutacaq. Biletlər artıq satışadır.