Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Əsgər Rüfət Ağayev odlu silahla davranış qaydalarını kobud şəkildə pozaraq açılan atəşdən vəfat edib. Sosial şəbəkələrdə yayılan məlumata görə, o, Xəzər rayonu, Binə qəsəbəsində torpağa tapşırılıb.
Faktla bağlı araşdırmaya başlanılıb.