Heydər Əliyev prospektində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

“Suzuki” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxaraq avtomobil yolunu keçən piyadanı vurub. “Toyota” markalı avtomobil isə həmin şəxsin üzərindən keçib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam edir.