Bakının Nəsimi rayonunda ənənəvi təmizlik işləri aparılıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Keçirilən abadlıq işləri çərçivəsində rayon ərazisində yerləşən prospekt və küçələr, həmçinin yeraltı piyada keçidləri, eləcə də səkilər, bordürlər və işıq dirəkləri təmizlənib.

Həmçinin ticarət obyektlərinin vitrinləri, Abad həyətlərdə və parklarda uşaq meydançaları yuyulub.

Abadlıq işlərində həm sakinlər, həm də idarə və təşkilatların nümayəndələri aktiv iştirak ediblər.

Nəsimi rayonunda ümumrayon iməciliyi keçirilib
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı