Bakının Nəsimi rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.

Binanın zirzəmisində yerləşən və ümumi sahəsi 450 kv.m olan restoranda alışma olub. Obyektin girişindəki 45 kv.m olan talvarın şüşə-pambıq üzlüyü 4 kv.m sahədə yanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.