Nəsimi rayonunda yeni konteynerlər quraşdırılıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.

Təşkil olunan yeni layihə çərçivəsində rayonun hər məhəlləsində istismara yararsız olan konteynerlər yeni narıncı və yaşıl konteynerlərlə əvəz olunub. Eyni zamanda Nəsimi rayonunda ehtiyac olan ərazilərdə konteynerlərin sayı artırılır.

Hazırda rayonun ayrı-ayrı ünvanlarında təmizlik, abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Nəsimidə məhəllələrə yeni zibil konteynerləri quraşdırılır
Foto Nəsimi rayon İcra Hakimiyyətinin rəsmi saytı