Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində bir nəfər bıçaqlanıb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

32 yaşlı Əlyar Əsgərov döyüləndən sonra başından bıçaqlanıb. Təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya baş nahiyəsində kəsilmiş bıçaq yarası diaqnozu qoyulub.

Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev saxlanılıb. İlkin məlumata əsasən, dava şəxsi mübahisə zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.