Xəzər rayonu, Qala qəsəbəsində tullantı poliqonu sakinləri narahat edir. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Söhbət “Lələtəpə” yaşayış massivindən gedir. Sakinlərin sözlərinə görə, ərazidə 1 ədəd belə zibil yeşiyi yoxdur. Bu səbəbdən də onlar tullantıları açıq əraziyə tökürlər. Bu da antisanitar vəziyyət yaradır və sakinləri narahat edir. Onlar şəxsi vəsaitləri ilə zibilləri bir neçə dəfə yığışdırsalar da, bunun faydası olmayıb.
“Camaat zibili məcburən bura atır. Çünki zibil qutusu yoxdur”, – deyə sakinlər bildirirlər.
Rəsmi qurumlar məsələ ilə bağlı bildiriblər ki, problemdən xəbərdardırlar və mərhələli şəkildə sözügedən yerdə zibil konteynerləri quraşdırılacaq.