“Qarabağ” Norveç təmsilçisi ilə qarşılaşacaq. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az futbol klubuna istianadən xəbər verir.

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyun 21 sentyabr saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Biletləri almaq üçün aşağıdakı məntəqələrə müraciət etmək olar:

  • İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
  • “Park Bulvar”dakı “Qarabağ” FK-nın fan-şopu;
  • Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.

Yeni satış məntəqəsi “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq. Qiymətlər 5-100 AZN arası dəyişir.