Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində qaz olmayacaq. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.

Təbii qazla təchiz edən qaz xəttinin kipliyə sınağı olacaq. Bu səbəbdən sentyabrın 18-də saat 10:00-dan etibarən Sahil qəsəbəsində 6500 istehlakçıya qaz verilişində fasilə yaranacaq.

Məhdudiyyət gün ərzində davam edəcək.