Səbail rayonunda narkotik alverçiləri tutulublar. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuşlar – Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar. Onların üzərində ümumilikdə 1 kiloqram 23 qramdan artıq heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.