Bakının Xətai rayonu, S.Əhmədov küçəsində yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 16 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

15 yaşlı Ş. Allahverdiyeva yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşənin əqli qüsurlu olduğu deyilir.

Hadisə ilə bağlı anası M. Həsənova polisə müraciət edib. Hazırda qızın axtarışları aparılır.