Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub. Bu barədə Bakuplus.az Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sentyabrın 17-si saat 17:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.