Ötən gün qanunsuz Ermənistan silahlı qüvvələrinin Ağdam istiqamətində yeni səngərlər qazmaq cəhdinin qarşısı alınıb. Bu barədə Bakuplus.az Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata görə, sentyabrın 17-də saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri Ağdam istiqamətində Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstərib.

“Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – Müdafiə Nazirliyindən bildirilib.