Oktyabrın 1-dən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədaxili sərnişindaşıma həyata keçirən qatarların cədvəli dəyişilir. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Yenilənmiş qrafikə əsasən, Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 17:30-da, ənənəvi qrafikdən 40 dəqiqə tez yola düşərək saat 22:35-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatar saat 19:00-da, ənənəvi qrafikdən 30 dəqiqə daha tez yola düşərək saat 22:20-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Həmçinin Bakı-Ağstafa marşrutu üzrə ənənəvi qrafiklə (saat 08:45-də) hərəkət edən sürətli sərnişin qatarı Şəmkir rayonunun Dəllər stansiyasında da dayanacağından qatarın Ağstafaya çatma vaxtı saat 13:42-dən 13:46-ya dəyişdirilib.