Bakıda azyaşlı qızı zorlamaqda təqsirləndirilən Cümşüd Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.

Məhkəm prosesi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilib. Hökmə əsasən, Rəhimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Cümşüd Rəhimov Cinayət Məcəlləsinin “On dörd yaşına çatmayan şəxs barəsində törədilən seksual xarakterli zorakılıq hərəkətləri” maddəsi ilə ittiham edilib. Bu maddə ilə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.