Bakıda baş tutacaq idman tədbirlərinin həftəlik cədvəli açıqlanıb. Cari həftə cəmi dörd yarış nəzərdə tutulub. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az İdman Nazirliyinə istinadən xəbər verir.
18-24 sentyabr tarixləri arasında keçiriləcək idman tədbirlərinin cədvəli aşağıdakı kimidir:
- Kikboksinq üzrə ölkə birinciliyi və çempionatı – 22-24 sentyabr (Bakı İdman Sarayı);
- Cüdo üzrə Böyük Dəbilqə beynəlxalq turniri – 22-24 sentyabr (Milli Gimnastika Arenası);
- Dövlət qurumları əməkdaşları arasında atıcılıq (sportinq növü) idmanı üzrə yarış – 22-24 sentyabr (Bakı Atıcılıq Mərkəzi);
- Yelkən idmanı üzrə “SFA Federasiya kuboku” – 22-24 sentyabr (Şıx sahili ərazisində).