Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Elm və təhsil nazirinin əmri ilə Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri təyin edilib.

O, bu təyinata qədər 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin Hüquq və insan resursları şöbəsinin müdiri vəzifəsində işləyib.

Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarə edilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.