Paytaxtın Xətai rayonu, Natiq Əliyev küçəsində səki və yolun kənarı parkinqə çevrilib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Bakı Gündəliyi Facebook səhifəsinə istinadən məlumat verir.

Küçədə yerləşən obyektin qarşısındakı səkinin həmin obyektin sahibi tərəfindən zəbt edildiyi bildirilir.

Sakinlərin sözlərinə görə, sahibkara öz narazılıqlarını bildirmək istəyənlərə o: “Obyektin 2 avtodayanacaq yeri olmalıdır”, – cavabını verir. Vətəndaşlar bu küçədə avtomobillərin harada gəldi saxlanıldığını qeyd ediblər.

Bakının mərkəzində obyekt sahibi piyada səkisini zəbt edib
Foto Bakı Gundeliyi