Bakının Binəqədi rayonunda avtomobildən oğurluq olunub. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Naziliyinə (DİN) istinadən xəbər verir.

“VAZ-2106” markalı minik avtomobilindən pul və 1700 manat dəyərində təmir alətləri oğurlanıb. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Şirməmməd Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.