Bakının Binəqədi rayonunun eyniadlı qəsəbəsindəki evlərin birindən oğurluq edilib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
DİN-dən verilən məlumata görə, evdən 1900 manat pul və 240 manat dəyərində tütün məmulatı oğurlanıb. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Abışov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.