Bakının Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük Sovxozunda 20 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.

Ruhi əsəb xəstəliyindən əziyyət çəkən Əfsanə Əzimova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əynində açıq qəhvəyi paltar, ayağında qızılı rəngli idman ayaqqabısı olub.

İtkin düşən qızın əlamətləri: boyu 165 sm, dolu bədən quruluşlu, saçları qısa qara rəngli, gözləri qəhvəyidir.

Onu görən və yaxud onunla bağlı hər hansı məlumat əldə edən şəxslər DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xəzər Rayon Polis İdarəsinə, o cümlədən 3-cü Polis Şöbəsinə 051-571-03-11, 055-211-81-74, 050-527-00-14, 012-590-73-02 və 012-456-03-02 nömrələri vasitəsilə zəng edə bilərlər.

Əfsanə Əzimova ötən ilin avqust ayında da itkin düşmüşdü.