Milli Musiqi Günü kimi qeyd olunan bu tarix Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı Sərəncamı ilə hər il 18 sentyabr “Üzeyir musiqi günü” kimi qeyd olunur. [https://e-qanun.az/framework/9409] [Mədəniyyət.- 2007.- 14 sentyabr.- S.2]
Artıq 28 ildir ki, 18 sentyabr tarixi Azərbaycanda Milli Musiqi Günü kimi qeyd edilir. Bəstəkarın doğum gününün bayram kimi qeyd olunmasının əsasını maestro Niyazi qoyub. Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edib. Onun təşəbbüsü ilə hər il 18 sentyabr respublikada xüsusi mərasimlərlə qeyd edilib. [Kaspi 2018.- 18 sentyabr.- S.12]
Azərbaycanın bütün bölgələrində hər il Üzeyir Hacıbəyova həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu il isə 18-28 sentyabr Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyova həsr olunmuş XV musiqi festivalı keçiriləcək. Bu gün, hər il olduğu kimi, Üzeyir Hacıbəyovun 11 əsərinin parçalarından ibarət musiqi proqramı Bakı metro stansiyalarında səslənir. [Azərbaycan musiqi tarixi. V cild. Bakı-2020] [https://metro.gov.az/az/post/2600/uzeyir-hacibeyovun-olmez-eserleri-metro-stansiyalarinda-seslendirilir]