Bu gün, 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin əziz xatirəsi yad edilib. Məzarı mədəniyyət və incəsənət xadimləri ziyarət ediblər. Bu haqda Bakuplus.az Report-a istinadən məlumat verir.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bəstəkarın məzarı üzərinə əklil və gül dəstələri qoyulub.
