Məmmədli-Digah-Binəqədi yolunda sakinlər marşrut avtobuslarının az olmasından əziyyət çəkirlər. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Digah qəsəbəsində avtobus gözləyən sakinlər bildirirlər ki, 147 saylı marşrut üzrə yalnız bir ədəd avtobus fəaliyyət göstərir, o da həmişə dolu gəlir. Əhali artdığına görə sərnişinlər marşrutda əlavə avtobus tələb edirlər.
Digah qəsəbə Bələdiyyəsindən bildirilib ki, məsələdən narahatdırlar və bununla bağlı aidiyyəti orqanlara müraciət göndərilib.