Heydər Əliyev Beynəlxalq Aeroportunun parkinq ərazisində qiymətlər artıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Patrul.az-a istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan məlumata görə, avtomobil 24 saat dayanacaqda qalırsa 5 manat, növbəti günlər ərzində isə günlük 15 manat ödənilməlidir.

Daha öncə dayanacaqda standart qiymət bir gün üçün 5 manat təşkil edib.

Sosial şəbəkə istifadəçiləri xəbəri etirazla qarşılayıblar, AZAL-ın yeni rəhbərliyinin bu addımını tənqid ediblər.