Bakı-Qazax yolunun Ələt qəsəbəsindən keçən hissəsində 3 yük avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Mişardaşları daşıyan “KamAZ” yolun kənarına aşıb. Sürücü ağır xəsarətlər alıb. Yük yerində olan mişardaşılar yerə dağılıb. Onun ardınca gedən yük avtomobillərinin sürücüləri yüngül xəsarətlər alıblar.
Hadisə yerinə yol polis əməkdaşları cəlb olunublar. Yolda hərəkətin bərpası istiqamətində işlər görülüb.