Paytaxtın Nəsimi rayonu, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən kafedə kütləvi dava bıçaqlanma ilə nəticələnib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Dava zamanı 27 yaşlı Orxan Nəsibov, 27 yaşlı Ceyhun Zeynalov və 32 yaşlı Orxan Məmmədli müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Verilən məlumata görə, Nəsibov və Məmmədli bıçaq xəsarətləri alıblar. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və 19-cu polis şöbəsində araşdırma aparılır.