Bu gün, 18 Sentyabr – Milli Musiqi Günü münasibətilə Bakı Metropoliteninin stansiyalarında ənənəyə sadiq qalaraq, konsert proqramı təşkil olunur. Bu haqda Bakuplus.az məlumat verir.
Konsert proqramları “İçərişəhər” metro stansiyasında saat 10:30-dan 12:00-dək, “Sahil” metro stansiyasında saat 11:30-dan 13:00-dək, “28 May” metro stansiyasında saat 12:30-dan 14:00-dək, “Elmlər Akademiyası” stansiyasında saat 13:30-dan 15:00-dək təqdim olunacaq.
Milli muğam triosu və simli kvartet Azərbaycan və xarici bəstəkarların əsərlərini, xalq mahnılarını ifa edəcək.
18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunan 15-ci musiqi festivalı bu gün açılır və sentyabrın 28-dək davam edəcək.