Bakının Nəsimi rayonunda abadlıq işləri davam etdirilir. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Sakinlərin müraciətlərini nəzərə alaraq, Nəsimi rayonunun müxtəlif ünvanlarında qış mövsümünə hazırlıq işləri çərçivəsində binaların dam örtükləri təmir olunub.
Hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanmış abadlıq, quruculuq və yenidənqurma işləri davam edir.