Bakının Nəsimi rayonunda beşmərtəbəli yataqxanada yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Alışma beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində qeydə alınıb. Pilləkən qəfəsində quraşdırılan 10 elektrik sayğacı və kabel yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.