Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən həbsxanada məhkum dünyasını dəyişib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrinin birində qeydə alınıb. 33 yaşlı məhkum İsmayıl Ələkbərovun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.