Bakının Səbail rayonunda avtomobildən oğurluq olunub. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Naziliyinə (DİN) istinadən xəbər verir.
Rayon ərazisində dayanan “Nissan” markalı minik avtomobilindən 1800 manat pul və mobil telefon oğurlanıb. Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.