Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən evlərin birindən narkotik tapılıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Naziliyinə (DİN) istinadən xəbər verir.

Keçirilən əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudov saxlanılıb. Baxış zamanı onun yaşadığı evdə 2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin və elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.