Bakının Sabunçu rayonunda betonkəsən aparatın mühərriki oğurlanıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Naziliyinə (DİN) istinadən xəbər verir.

Sentyabrın 16-da Polis bölməsinə verilən məlumata görə, S.Şabanova məxsus olan avadanlığın 12.000 manat dəyərində mühərriki oğurlanıb. Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Hacıqabul rayon sakini Sərxan Müslümov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.