Bakının Xətai rayonunda yerləşən mənzillərin birindən bahalı ətir oğurlanıb. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Ərazidə yerləşən mənzillərin birindən 25.000 manat dəyərində ətir və 2 ədəd saat oğurlanıb. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini olan qadın saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.